Sevda  Abbasova  İsmayıl

Sevda Abbasova İsmayıl

"İqtisadiyyat" kafedrasının baş müəllimi

رابط Avesis
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+994 012-564-37-06
06.07.1975-il tarıxində Tovuz rayonu  Düzqırıxlı kəndində dünyaya  gəlib.
Orta təhsilinin ilk 3 ilini 1 saylı kənd məktəbində alaraq, tam orta təhsilini Sumqayıt şəhər 28 saylı riyaziyyat təmayülü orta məktəbdə başa vurmuşdur.
1992-ci ildə orta məktəbi bitirən il Azərbaycan Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakultəsinin “İqtisadi-nəzəriyyə” ixtisasına qəbul olub və 1997-ci ildə bu ixtisasın iqtisadçı və iqtisadi-nəzəriyyə müəllimi sahələrini bitirib.
1997-ci ildə Azərbaycan Elmlər Akademyasının İqtisadiyyat İnstitutunun İqtisadi Təlimlər Tarixi şöbəsində laborant kimi fəaliyyət göstərirmişdir.
1998-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitunun “Ümumiqtisadiyyat” kafedrasında baş laborant;
2000-ci ildən 2003-ci ilədək bu kafedrada asissent,
2003-cü ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında 0,5 ştat assisent kimi fəaliyyət göstərib.
2012-ci ildən həmin kafedrada tam ştat müəllim vəzifəsində çalışıb.
Hazırda "İqtisadiyyat"kafedrasının baş müəllimidir.
Ailəlidir. İki övladı var.