Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzi

UNEC Koqnitiv iqtisadiyyat mərkəzi  24 noyabr 2017-ci il tarixində yaradılıb.

 

 

 

 

Mərkəzin məqsədi universitetin elmi, tədris və innovasiya potensialını maksimum şəkildə istifadə etməklə koqnitiv iqtisadiyyat sahəsində yeni elmi problemlərin üzə çıxarılması,  fundamental elmi nailiyyətlərin təcrübədə və tədris prosesində, universitetlərarası və beynəlxalq əməkdaşlıq, biznes və hökumət strukturları ilə qarşılıqlı əlaqələr qurmaq vasitəsi ilə tətbiq etməkdir.

Mərkəz koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə, koqnitiv menecement istiqamətlərində elmi tədqiqat, təhsil, innovasiya, konsaltinq və ekspert fəaliyyəti  ilə məşğul olur və, və aşağıdakı vəzifələri yerinə yetirir: koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment sahələrində elmi- tədqiqat layihələrinin həyata keçirilməsi və bunun əsasında daha sonra elmi məqalələrin dərc edilməsi; universitetdə koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment istiqamətlərinin inkişaf etdirilməsi və s.

HƏDƏFİMİZ:

- Müasir iqtisadi elmi araşdırmaya, mərkəzin profilinə, universitetin iqtisadi araşdırmasına və ali təhsilinin vəzifələrinin prioritet istiqamətlərinə uyğun olan fundamental elmi və tətbiqi tədqiqatların həyata keçirilməsi;
- Koqnitiv iqtisadiyyatın elmi məktəbinin formalaşması və inkişafı;
- Mərkəzin profili üzrə bakalavr, magistr, doktor dərəcələrində təhsil alan tələbələrin və tərcübəcilərin elmi  tədqiqatlara cəlb olunması;
- Mərkəzin profilinə uyğun olan bakalavr və magistr səviyyələrində tədris planlarının hazırlanması;
- Müəllim və elmi işçilər də daxil olmaqla bu sahədə mütəxəssislərin hazırlığı və olan mütəxəssislərin ixtisaslarının artırılması;
- Tədris olunan fənlərin metodiki təminatı;
- Mərkəzin fəaliyyəti çərçivəsində nəzərdə tutulmuş elmi-tədqiqat təcrübəsinin öyrənilməsi üçün lazımı şəraitin yaradılması.

Mərkəzin üzvləri:

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 012-492-57-31

E-posta

kimerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri