İbrahim  Babayev

İbrahim Babayev

Avesis linki
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
Babayev İbrahim Məmməd oğlu 5 oktyabr 1971-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olub.
1998-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnistitutunun (indiki Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bakalavr pilləsini  politologiya ixtisası üzrə fərqlənmə diplomu, 2000-ci ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini isə Azərbaycanda siyasi proseslər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1998-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin orqanı olan «Respublika» qəzetində parlament müxbiri vəzifəsində işləyib. 2014-cü ildən İctimai TV-nin  İctimai-siyasi proqramlar redaksiyasının “Regional inkişaf” proqramının aparıcısıdır.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Politologiya və sosiologiya» kafedrasında müəllim vəzifəsində çalışıb.
2004-cü ildən «Politologiya və sosiologiya» (indiki “Humanitar fənlər”) kafedrasının baş müəllimidir.
30-a yaxın elmi-metodiki əsərin müəllifidir.
“Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanları ilə təltif olunub.