UNEC rektorunun 271/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Almaniya vətəndaşı Elkhan Richard Sadik-Zadaya həvalə edilmişdir.
MƏQSƏDİMİZ:
İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat
nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit,
cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər
formada bölüşmək; tədqiqatların aparılmasını təşviq etmək
və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində
təkliflər vermək; qanunvericiliklə müəyyən edilmiş digər
istiqamətlərdə fəaliyyət göstərmək.
VƏZİFƏLƏRİMİZ:
1. Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
2. Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
3. Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
4. Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
5. Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
6. Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
7. Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
8. Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
9. Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;
10. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Mərkəzin rəhbəri
İngiltərənin Greenwich Universitetinin Təbii ehtiyatlar institutunun və Northeastern Universitetinin Yeni Humanitar Kollecinin tədqiqatçısı, İtaliyanın Naples Parthenope Universitetinin İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin prezidenti, ph.D.
İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin tədqiqatçısı (Neapol, İtaliya)
Almaniyanın Bohum Ruhr Universitetinin tədqiqatçısı; Syerra-Leone Respublikasının vətəndaşı
Azərbaycan Texniki Universiteti, “Beynəlxalq ticarət, logistika və marketinq” kafedrasının baş müəllimi, PhD
Müəllim
Utara Malayziya Universiteti (UUM), İqtisadiyyat, Maliyyə və Bankçılıq Məktəbinin (SEFB) baş müəllimi
İtaliyanın İqtisadi İnkişaf və Sosial Dəyişiklik Mərkəzinin (CED) tədqiqatçısı
Utara Malayzia Universitetinin elmi işçisi, Banqladeş Respublikasının vətəndaşı (Utara, Malaziya)
Böyük Britaniyanın Middlesex Universitetinin Biznes Məktəbinin qonaq professoru, Pakistan vətəndaşı (London/Böyük Britaniya)
Almaniyanın Ruhr Universitetinin elmi işçisi (Bochum/Almaniya)