.Qabaqcıl funksional materiallar UNEC Elmi-Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 16 aprel 2024-cü il tarixli iclasının 194 №-li Qərarı və UNEC rektorunun 252/3/2024 №-li əmrinə əsasən yaradılıb.
Məqsəd:
- Qabaqcıl funksional materialların yaradılması – yeni materialların
funksional xüsusiyyətlərini (elektrik, maqnit, optik, səth
xüsusiyyətləri və s.) nəzərə alaraq tədqiq inkişaf işlərinin aparılması,
materialların sintezi, onların fiziki kimyəvi və struktur analizləri, tətbiq imkanlarının qiymətləndirilməsi;
- Elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi – universitet daxilində fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, tədqiqatçıların
cəlb edilməsi, beynəlxalq elmi əlaqələrin qurulması;
- Ali təhsil ilə əlaqələr– müəllim professor heyətinin, doktorant
və tələbələrin tədqiqat işlərinə daxil edilməsi, akademik imkanların
artırılması;
- Texnologiyaların və materialların tətbiqi potensialının
qiymətləndirilməsi – əldə olunan materialların real aləmdə (sənaye,
texnologiya, tətbiq sahələri) istifadə oluna bilməsi, onların
texnoloji əsaslarının işlənməsi.