Yaradıcılıq Mərkəzi

center image

Yaradıcılıq mərkəzi tələbələrin asudə vaxtlarının səmərəli formada keçməsini, tədbirlərin bədii hissəsinin hazırlanmasını təşkil edir.

Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin dərnəklərdəki məşqlərini təşkil edir. Mərkəz universitet tələbələrini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, onları dərnəklərə cəlb edərək

əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini

təşkil edir. Mərkəz tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirir, universitet tələbələrindən ibarət rəqs ansamblı, həvəskar musiqi ansamblı, rəssam qrupu, aparıcı və müğənni qrupları yaradır və təkmilləşdirir.

Mərkəz tərəfindən tələbələrin əl işlərindən ibarət sərgilər açılır, tələbələrin iştirakı ilə konsert və bədii proqramlar hazırlayır. Xarici mədəni yarışlarda, bədii tədbirlərdə ali təhsil müəssisəsinin adından təmsil edilməsini təşkil edir. 

Mərkəz universitetin fəaliyyət istiqamətləri üzrə və ictimaiyyət üçün maraqlı ola biləcək tədbirlərin keçirilməsi ilə bağlı təkliflər hazırlayır.
Mərkəz işin peşəkar formada təşkili üçün digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparır. Fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayır.

Əməkdaşlar

Elman Cəfərov

Yaradıcılıq Mərkəzinin direktoru

Əfsanə Məmmədova

Yaradıcılıq mərkəzinin Bədii rəhbəri

Tural Muradov

Xalq Çalğı Alətləri ansamblının Bədii Rəhbəri

Arif Bektaşi

Yaradıcılıq Mərkəzinin Rəssamı

UNEC-in döyünən nəbzi!

Bizimlə qalın, günün nəbzini bizimlə birgə tutun!

最新新闻

查看全部
02 五月 2025
UNEC tələbələri “JustDanceFest” rəqs festivalının qalibi olub
22 四月 2025
UNEC-də Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib
10 三月 2025
UNEC Yaradıcılıq mərkəzinin üzvləri aktyor Vüsal Murtuzəliyevlə görüşüblər

联系我们

Ünvan: İstiqlaliyyət küçəsi, 6, Əsas tədris binası, I mərtəbə

电话

+(994) 12 505-57-82; 18-46 (1171)

电子邮件

elmanjafarov@unec.edu.az; elmantelmanoglu@gmail.com