Çinarə Qəhrəmanova
Bakı, A.Səhhət küçəsi, 45 (IV korpus)
+(994) 12 441-62-74
Chinara_Gahramanova@unec.edu.az
+(994) 12 441-62-74
Chinara_Gahramanova@unec.edu.az
Qəhrəmanova Çinarə Məmməd qızı 2004-cı ildə Sumqayıt Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bakalavriat səviyyəsini, 2006-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Dilçilik” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasında müəllim, 2019-cu ildə baş müəllim, 2020-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində çalışır.
2015-cı ildə “S.Rəhimovun əsərlərində (“Saçlı” romanı və hekayələrinin dili əsasında) “Dialektizmlərin linqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 05.04.2024-cü il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə filologiya elmləri elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adı verilmişdir.
Hazırda "Azərbaycan dili" kafedrasının dosentidir.

Ç.M.Qəhrəmanova 50-yə yaxın elmi məqalənin, o cümlədən 2 monoqrafiya, 2 dərslik, 3 fənn proqramının müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)
2006-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.