ISE-də özəl və ictimai bazarlar mövzusunda maarifləndirici görüş keçirilib

  • 16 dekabr 2025
  • 26

Beynəlxalq İqtisadiyyat Məktəbində Moonwake Investment LLC şirkətinin Maliyyə meneceri Cəlal Qaytarovun iştirakı ilə maarifləndirici görüş keçirilib.

Görüşdə ictimai və özəl bazarların əsas xüsusiyyətləri, eləcə də Azərbaycanda özəl kapital layihələrinin praktik tətbiqi kimi mövzular müzakirə olunub.

Qonaq-spiker çıxışı zamanı bu bazarların fəaliyyət mexanizmini və onların iqtisadi inkişafda oynadığı rolu ətraflı şəkildə izah edib. O, eyni zamanda ölkəmizdə reallaşdırılmış özəl kapital müqavilələrinə dair real nümunələr təqdim edərək, sahədə mövcud olan çətinliklər və gələcək imkanlar barədə məlumat verib.

Tədbirdə iştirak edən tələbələr investorların qərar qəbuletmə prosesini, həmçinin şirkətlərin maliyyə resurslarını hansı yollarla cəlb etdiyini daha yaxından öyrənmək imkanı əldə ediblər.

Görüş tələbələrin maliyyə və investisiya sahəsində biliklərinin genişlənməsinə və dünyagörüşlərinin artmasına əhəmiyyətli töhfə göstərib.