Mühəndislik fakültəsi texnologiya və iqtisadiyyatın vəhdətinə əsaslanan mühəndis kadrlarının hazırlanmasını həyata keçirən ixtisaslaşmış fakültədir. Məqsəd texniki bilikləri iqtisadi təhlil və idarəetmə bacarıqları ilə birləşdirə bilən peşəkar mühəndislər yetişdirməkdir.
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Ekspertiza və standartlaşdırma” fakültəsi ləğv edilərək onun bazasında “Mühəndislik” fakültəsi yaradılmışdır. 19.10.2020-ci il tarixində Mühəndislik fakültəsinin nəzdində “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.
2025-ci ildə Sənaye mühəndisliyi, Qida mühəndisliyi, Materiallar mühəndisliyi, Ekologiya mühəndisliyi, Maşın mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə fakültəyə 351 tələbə qəbul olunub. Ən yüksək nəticə Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə 605,5 bal olub. 2024-cü ildə UNEC ilə Ege Universitetinin Qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına 20 tələbə qəbul olunub. 2023-cü ildə bu proqram üzrə qəbul olunan III və 2024-cü ildə qəbul olunan II kurs tələbələri hazırda Eğe Universitetində təhsillərini davam etdirirlər.
Fakültə nəzdində olan kafedra:
“Mühəndislik və tətbiqi elmlər”