Ömürboyu Təhsil Mərkəzinin məqsədi ixtisası və peşəsindən asılı olmayaraq hər kəsə iş mühitində tətbiq edə biləcəyi yeni bacarıqlar öyrətmək, özəl sektorda trend olan kursları təşkil etməklə rəqəmsal əmək bazarının tələbinə uyğun kadrların yetişməsinə dəstək olmaqdır.
Ömürboyu Təhsil Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibində 2021-ci ildə yaradılmışdır. 7 oktyabr 2022-ci il tarixindən Ömürboyu Təhsil Mərkəzinin tərkibində UNEC Lifelong Centre fəaliyyətə başlamışdır.
Xidmətlərimiz
UNEC Ömürboyu Təhsil Mərkəzində xidmətlər iki istiqamətə həyata keçirilir. Bunlar fərdi şəxslər və bizneslərə uyğun təsnifləndirilir. Mərkəz tərəfindən təklif olunan kurslar həm fərdlər, həm də bizneslər və dövlət qurumları üçün təşkil olunur. Tələbata əsasən mərkəzdə xüsusi kursların, seminarların təşkili də mümkündür.
Müxtəlif seminarlarda 15-25 (6-8 saat) iştirakçı ola bilər.
Təkliflərimiz: Seminarlar, Təlimlər, Kurslar, Tədbirlər, Mentorluq təlimi, Xüsusi xidmətlər