Sadət İbrahimova

Sadət İbrahimova

Ссылка Avesis
6 Istiglaliyyat Street 
Baku, Azerbaijan AZ 1001
Web: https://library.unec.edu.az/
İbrahimova Sadət Xanlar qızı 16.11.1958-ci ildə  Bakı şəhərində anadan olmuşdur. 
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun  Mədəni-maarif fakultəsininÖzfəaliyyət dram kollektivi rəhbəri” ixtisası üzrə təhsil almışdir.
Əmək fəaliyyətinə 1975-ci ildən N.K.Krupskaya adına Kitabxanaçılıq texnikumunda başlamış, 1982-ci ildə Azərbaycan Dövlət İnşaat və Mühəndislər İnstitutunun kitabxanasında kitab saxlama fondunun müdiri vəzifəsində, 1984-cü ildə Nərimanov rayonu 45  saylı orta məktəbdə kitabxanaçı vəzifəsində çalışmışdır.

İbrahimova Sadət Xanlar qızı  2001-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin oxu zalında kitabxanaçı vəzifəsində, 2012- ci ildən kitabişləmə şöbəsində uçot bölməsinin müdirı və hal-hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində “Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsində  baş  kitabxanaçı vəzifəsində çalışır.

Kitablar texniki cəhətdən işlənilir (möhür vurulur, şöbəsi qeyd edilir, ciblik və müddət vərəqəsi yapışdırılır, formulyar yazılır), inventar kitabına salınıb nömrələri kitablara qeyd olunur. Göndəriş kitabına qeyd olunur və  şöbələrə bölünüb göndəriş vərəqələri yazılır. Alınan ədəbiyyatları Excel proqramında xronolojı kataloqda yazır, aktla silinən kitabların inventar nömrələrinin qeydiyyatını aparır. Kompyuter proqramlarından MS Word, Excel-də işləyə bilir. İrbis proqramını və ALİSA proqramında elektron kataloqla işləməyi bacarır.
Vəzifə təlimatına uyğun olaraq şöbəyə UNEC nəşriyyatından, müxtəlif müəssisələrdən, rektoratlıqdan,  ayrı-ayrı müəlliflər tərəfindən daxil olan ədəbiyyatları qəbul edib aktlaşdırır, uçot kitabında qeydiyyat aparır.
 Rus dilini yaxşı səviyyədə bilir.