UNEC Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 10 oktyabr 2023-cü il tarixli iclasının 190 №-li Qərarı və UNEC rektorunun 944/3/2023 №-li əmrinə əsasən yaradılıb.
Məqsəd:
- İqtisadiyyatın, maliyyənin, idarəetmənin və müxtəlif tətbiqi sahələrin problemlərinin həllində riyazi modelləşdirmə və optimallaşdırma üsullarının tətbiqini təmin etmək;
- Müasir riyazi metod və alqoritmlər əsasında optimal qərarların qəbulunu dəstəkləyən modellər hazırlamaq;
-İnnovativ yanaşmalar vasitəsilə resurslardan səmərəli istifadəni və idarəetmədə effektivliyi artırmaq;
- Elmi-tədqiqat işləri aparmaq və əldə olunan nəticələri təhsil prosesinə və praktik fəaliyyətə inteqrasiya etmək;
- Beynəlxalq və yerli elmi qurumlarla əməkdaşlıq edərək riyazi modelləşdirmə və optimallaşdırma sahəsində qabaqcıl təcrübələri UNEC mühitinə gətirmək.
Mərkəzin rəhbəri, Türkiyənin Eşkişehir Texnik Universitetinin professoru (Eskişehir/Türkiyə)
Tayvan Çin Tibb Universiteti Xəstəxanasının Daxili Hesablamalar üzrə Tədqiqat Mərkəzinin direktoru, professor
Avstraliyanın Deakin Universitetinin Məlumat Texnologiyaları Məktəbində baş müəllim (Celonq, Avstraliya)
Poznan Texnologiya Universitetinin dosenti (Poznan, Polşa)
TC İstanbul Texnik Universitetinin Riyaziyyat kafedrasının professoru