Riyazi Modelləşdirmə və Optimallaşdirma Tədqiqat Mərkəzi

UNEC Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 10 oktyabr 2023-cü il tarixli iclasının 190 №-li Qərarı və UNEC rektorunun 944/3/2023 №-li əmrinə əsasən yaradılıb.

UNEC Rektorunun 14 noyabr 2023-cü il tarixli 999/3/2023-№-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyənin Eşkişehir Texnik Universitetinin professoru  Kasımbeyli Refail Hayıb oğluna həvalə edilmişdir.

Məqsəd:
- İqtisadiyyatın, maliyyənin, idarəetmənin və müxtəlif tətbiqi sahələrin problemlərinin həllində riyazi modelləşdirmə və optimallaşdırma üsullarının tətbiqini təmin etmək;

 

- Müasir riyazi metod və alqoritmlər əsasında optimal qərarların qəbulunu dəstəkləyən modellər hazırlamaq;
-İnnovativ yanaşmalar vasitəsilə resurslardan səmərəli istifadəni və idarəetmədə effektivliyi artırmaq;
- Elmi-tədqiqat işləri aparmaq və əldə olunan nəticələri təhsil prosesinə və praktik fəaliyyətə inteqrasiya etmək;
- Beynəlxalq və yerli elmi qurumlarla əməkdaşlıq edərək riyazi modelləşdirmə və optimallaşdırma sahəsində qabaqcıl təcrübələri UNEC mühitinə gətirmək.

Mərkəzin üzvləri:

Contact us

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Phone

+(994) 12 492-57-31

Email

mathmodeling@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri