Mühəndislik Fakültəsi

Fakültə haqqında

Mühəndislik fakültəsi texnologiya və iqtisadiyyatın vəhdətinə əsaslanan mühəndis kadrlarının hazırlanmasını həyata keçirən ixtisaslaşmış fakültədir. Məqsəd texniki bilikləri iqtisadi təhlil və idarəetmə bacarıqları ilə birləşdirə bilən peşəkar mühəndislər yetişdirməkdir.

1930-cu illərdə Sovet ticarəti adı ilə  yaradılıb və müxtəlif illərdə  Əmtəəşünaslıq,  Ekspertiza və Standartlaşdırma, Texnologiya və Dizayn fakültələri kimi fəaliyyət göstərib.


UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Ekspertiza və standartlaşdırma” fakültəsi ləğv edilərək onun bazasında “Mühəndislik” fakültəsi yaradılmışdır. 19.10.2020-ci il tarixində Mühəndislik fakültəsinin nəzdində “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

2025-ci ildə Sənaye mühəndisliyi, Qida mühəndisliyi, Materiallar mühəndisliyi, Ekologiya mühəndisliyi, Maşın mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə fakültəyə 351 tələbə qəbul olunub. Ən yüksək nəticə Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə 605,5 bal olub. 2024-cü ildə UNEC ilə Ege Universitetinin Qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına 20 tələbə qəbul olunub. 2023-cü ildə bu proqram üzrə qəbul olunan III və 2024-cü ildə qəbul olunan II kurs tələbələri hazırda Eğe Universitetində təhsillərini davam etdirirlər. 
*
Fakültənin tarixi

0

Fakültə üzrə maksimum bal

0

Fakültə üzrə tələbə sayı

0

2025-də fakültəyə qəbul olunan tələbə sayı

Fakültə xəbərləri

Mühəndislik fakültəsində narkomaniyaya qarşı mübarizə və maarifləndirmə mövzusunda seminar keçirilib
15 aprel 2026
Mühəndislik fakültəsində narkomaniyaya qarşı mübarizə və maarifləndirmə mövzusunda seminar keçirilib

UNEC-də “Suya qənaət – gələcəyə zəmanət” mövzusunda maarifləndirici görüş keçirilib
19 mart 2026
UNEC-də “Suya qənaət – gələcəyə zəmanət” mövzusunda maarifləndirici görüş keçirilib

Dizayn Məktəbində “Qidalanma - tələbələr üçün sağlam həyat bələdçisidir” mövzusunda seminar keçirilib
18 mart 2026
Dizayn Məktəbində “Qidalanma - tələbələr üçün sağlam həyat bələdçisidir” mövzusunda seminar keçirilib

Əlaqə

Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)

Telefon

+(994) 12 492-59-03 (1323)

E-mail

elchin.samadov@unec.edu.az